
Sağlam düşüncə
Sığorta nədir?
AXA MBASK sığorta şirkəti Biznes İnkişaf Departamentinin müdiri Əliağa Nağıyev “sığorta” ilə bağlı bizə məlumat verdi.
Sığorta şəxslərin əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir.
Sığora gözlənilmədən qarşımıza çıxa biləcək risklərin tənzimlənməsi üçündür. Yaşadığımız müddətcə bir çox gözlənilməyən hadisələrlə üzləşə bilərik: Ev yanğını, avtomobil qəzaları, iş zamanı qəza nəticəsində əmək fəaliyyətinin itirilməsi kimi..
Bütün bu hadisələr zamanı sığorta müqaviləsi olan şəxslərə dəyən maddi zərər sığrota şirkəti tərəfindən qarşılanır.
Sığorta könüllü və icbari formalarda həyata keçirilə bilər. Könüllü sığorta sığortaçı ilə sığortalı arasında müqavilə əsasında həyata keçirilir. Sığortanın aparılmasının ümumi şərtlərini və qaydalarını müəyyən edən könüllü sığorta qaydası sığortaçı tərəfindən müstəqil müəyyən olunur. Sığortanın konkret şərtləri sığorta müqaviləsinin bağlanması zamanı müəyyən olunur. İcbari sığorta qanunun qüvvəsi ilə həyata keçirilən sığortadır.
Risklərin gələcəyimizə vurduğu zərərləri azaltmaq üçün
həyatımızı və əmlakımızı sığortalayaq!

