
Sağlam düşüncə
Bir damla su...
Bəzən bir sözdə cümlələri, hətta həyatınızın çox mühim bir hadisəsini ifadə etmək istəyirik. “Xoşbəxtəm” demək və ya sadəcə gülümsəmək sənin daxili aləmində fırtınalara səbəb olacaq o böyük sevinci ifadə edər. Bu sizi bilməyən, tanımayan birinə görə bir söz, gülümsəmə, sizə görə isə ayların, bəlkə illərin gətirdiyi sevincin nişanəsidir.
Bir gülümsəməni bir damlaya suya bənzədək, bir damla suyun özündə hansı sevincləri birləşdirə biləcəyini anlamağa çalışaq.
Bir damla su.. Düşünməyə başlasaq, bu bizim susuzluğumuz üçün kifayət deyil, əllərimizi yuya bilmərik, dişlərimizi fırçalaya bilmərik, çiçəkləri sulaya, təmizlik işləri görə bilmərik. Bəs bu bir damla kiməsə və ya nəyəsə kömək ola bilərmi?!
Yol kənarında tapdıqları qida qırıntılarını zəhmətlə daşıyan qarışqaları düşünək
Bütün günü balaları üçün yuva qurmağa çalışan bir susamış bir qaranquşu düşünək
Su tapmağa çalışan kiçik bir pişik balasını düşünək
Dolması üçün sadəcə bir damlası əskik olan bir su qabı düşünək
Azyaşlı bir uşağa veriləcək toz şəklində dərmanın nə qədər su ilə qata biləcəyimizi düşünək
Diqqətlə izləyin, susuz günlərin bir addım yaxınlığımızda olduğunu görəcəksiniz!!
![]() | ![]() | ![]() |
|---|---|---|
![]() | ![]() | ![]() |
![]() |
Düşünək... Düşünməyə davam edək..
Bir damla suyun daha nə qədər vacib və əhəmiyyətli olduğunu araşdıraq. Əllərimizi yuyarkən belə barmaqlarımızın arasından axıb gedən damlalar. Gün ərzində orta hesabla 5 və ya 6 dəfə əlimizi yuduğumuzu düşünsək damlaların sayının çox olduğunu görərik. Bir ailədə 4 nəfər, bir sinifdə 21 nəfər, bir məktəbdə 600 nəfər, bir şəhərdə 80000 nəfər, ölkədə 9 milyon insan olduğunu düşünsək və hər insanın gün ərzində sadəcə su yumaq üçün sərf etdiyi su litr, hətta tonla ölçülə bilər.
Həyatımızın üçün ən vacib amillərdən sayılan suyu qorumaq üçünsə nələr edə bilərik deyə fikirləşək. “Su tükənməsin, yüz illər sonra dünayaya gələcək körpələr susuz bir dünyaya göz açmasın”






