top of page

 

 

SU

Çox qənaət et

Az israf et

İŞIQ

işıqlı bir dünya üçün,  qənaət et

QAZ

Təbii sərvətimiz gələcək nəsillərə də yadigar qalsın

TELEFON

"İncitək sözlər seç, az danış, az din

Qoy az sözlərinlə dünya bəzənsin!!

Hər bir ailənin gündəlik təlabat və ehtiyacları var.

Hər bir ailənin təxirəsalınmaz xərcləri içərisində ən vacib yerlərdən birini məhz kommunal xərclər tutur. Hər birimiz gündəlik həyatımızda işıqdan, qazdan, sudan və telefondan istifadə edirik. Bunlarsız həyatımızı təsəvvür etmək mümkün deyil.  Bunlardan birinin belə yoxluğunu düşünsək həyatı  necə çətinləş

yəcəyini təsəvvür etmək çətin deyil.

Ailə büdcəmizin bir hissəsi kommunal xərcləri ödəmək üçün sərf olunur. Hazırda respublikamızda kommunal xidmətlərin bəzilərinin  haqqı sayğac sistemi  əsasında, bəziləri isə adambaşına hesablanır. Ayrı-ayrılıqda kommunal xərclərin tariflərini təqdim edirik. Belə ki, qazın 1 kub metri  10 qəpik, işığın 1 kilovatı 6 qəpik, suyun 1 kub metri  30 qəpik,  çirkab suların axıdılması 6 qəpik olmaqla su ilə  birlikdə 36 qəpikdən hesablanır (sayğac quraşdırılmayan mənzillərdə ayda adambaşına  5 kub metrdən  nəzərə alınır)  məişət tullantılarının daşınması 1 nəfər üçün 30 qəpik, telefonun aylıq abunə haqqı 2 manat 85qəpik , ( 2manat 50 qəpik abunə haqqı + 35 qəpik əlavə xidmətlər üçün)  lift 1 nəfər üçün 20 qəpik,  torpaq vergisi üçün  1 sota 50 qəpikdən  ödənilir.

Həyatımızın daim rahatlıq içərisində olmasını istəyiriksə, hər zaman qənaət etməliyik. Ailəmizin büdcəsinə zərər verməmək, təlabatlarımızı ödəyən hər şeyi qorumaq üçün. 

                                                                            

VIb sinif şagirdi

Nuri Aydan

 

Hər kəs öz evində elektrik enerjisindən istifadə edir. Lakin elə insanlar var ki, heç işığa qənaət etmir. Amma işığa qənaət ailə büdcəsinə köməklik edir.  Gəlin, işığa qənaətin bir neçə üsullarına baxaq:

  • Ən sadə üsul istifadə olunmayan otaqlarda işıqları boş-boşuna işləyən elektrik cihazlarını söndürməkdir. Bu əməliyyat nəinki qənaət, həm də təhlükəsizlik baxımından çox önəmlidir.

  • Digər üsulumuz isə evdə qənaətcil  lampalardan istifadə etməkdir. Həm onların ömrü uzun olur, həm də az enerji sərf edir.

  • Bilirik ki, hər hansı bir yerə getdikdə mənzildə işıqları yanılı vəziyyətdə qoymaq bir neçə hadisələrə səbəb ola bilər. Bir məqamı da bildirim ki,  evinizdə enerjiyə nə dərəcədə qənaət etdiyinizi bilmək istəyirsinizsə, hər ay, eyni gündə, eyni saatda elektrik sayğacınızdan göstəricini çıxarıb ötən ayların göstəriciləri ilə müqayisə edin. Azdırsa, demək uğurdur, çoxdursa səbəbini araşdırıb tapmaq və aradan qaldırmaq lazımdır. Beləliklə, görürük ki, yaşayış yerlərində binalarda enerjiyə qənaət etmək üsulları olduqca çoxdur. Bu qaydalara əməl etməklə biz büdcəmizi, təbii sərvətlərimizi, ən əsası  isə qoynunda məskən saldığımız, hələki  nazımızı çəkən Ana təbiəti qoruya bilərik.

 

 

 

 

 

Şagirdlərin gözündə qənaət

bottom of page