top of page

Qənaətli olaq, ailə büdcəsini düşünərək xərcləyək!

Büdcə sözü  "bougette" sözündən götürülmüşdür, mənası pulla dolu çanta, dəri çanta, pul bağlaması, pul kisəsi deməkdir. 

Hər bir ölkənin, ailənin və fərdin büdcəsi var, yəni onun gəlirləri. Xərclədiyimiz hər bir qəpiyi büdcəmizə uyğun planlı şəkildə xərcləməliyik. Əgər xərclərimiz büdcəmizi üstələyərsə, nəticədə borc əmələ gəlir.

Hər bir insan ailə büdcəsini bilməli, ehtiyaclarını və təlabatlarını ona uyğun şəkildə tənzimləməlidir. Düşünmədən xərclənən hər bir qəpik ailə büdcəsinə zərər verə bilər. .

Hər bir ailənin büdcəsi ilə yanaşı, ailə daxilində fərdlərin də şəxsi büdcəsi var. Əgər siz hələlik məktəbli şagirdsinizsə, işləmirsiniz, ailənizin sizin üçün bir büdcə müəyyənləşdirir. 

Sağ tərəfdəki iki cədvəldə ailə tərəfindən 1həftə üçün 5manat bir büdcə ayrılmış 2şagirdin bir həftə ərzindəki xərci əks olunub. 1-ci şagird ona ayrılan büdcədən qənaətlə istifadə etdiyi üçün həftə sonunda 40qəpik pulu qazanc olaraq qalır. 2-ci şagird isə israfçılıq etdiyindən həftənin ilk iki günündə pulu tükənir və yenidən ailəsindən pul almalı olur. nəticədə isə onun üçün nəzərdə tutulmuş 5manat əvəzinə 8manat 60 qəpik xərcləyir.

Siz də ailəniz tərəfindən sizin üçün ayrılmış büdcəni necə sərf edəcəyinizi ağılla şəkildə düşünün. 

 

bottom of page