Sağlam düşüncə
Pullarımızı necə dəyərləndirə bilərik?
Mütəxəssisimizin qələmindən oxuyaq və öyrənək!
Varlılar pullarını bank sahəsində necə dəyərləndirir.
Əgər doğurdan da imkanlı olmaq istəyirsinizsə, ilk olaraq milyonçu kimi düşünməyi öyrənməlisiniz.
1. Varlı və orta təbəqəyə məxsus insanlar arasında ən böyük fərq onların pul haqqındakı düşüncəsidir.Belə ki, yoxsullar gələcəyi barədə daima narahat olurlar. Bu narahatlıq onların düşünməsinə hər zaman mane olur və beyinin məşğul olmasına yol açır. Bu duyğu onlara pullarını qorumağa və onları toplamağa vadar edir. Varlılar isə daha asan və azad qərarlar qəbul edirlər. Onlar zehni enerjilərini problemlərini həll etməyə yönəldirlər.
2. Orta yaşayış tərzində həyat sürənlər qənaətə, varlılar isə daha çox qazanmağın yollarını öyrənməyə can atır.İmkansızlar işləməklə zəngin olmanın yollarını, varlılar risklərlə zəngin ola biləcəklərinə inanırlar.
3. Kasıblar daim pullarının bitəcəyi qorxusu ilə, varlılar isə daha çox pul qazanmaq yollarını axtarmaqla yaşayırlar. Yoxsullar pula duyğusal, varlılar isə məntiqlə yanaşırlar.
4. Orta təbəqə varlanmağın öz əllərində olmadığını düşündükləri halda, varlılar bu gücün insanın içində var olduğuna inanırlar.
5. Orta təbəqəyə məxsus insanlar düşdükləri çətin vəziyyətdən kiminsə onları xilas etməsini gözləyir. Varlılar isə heç kimin gəlib onları xilas etməyəcəyini dərk edir və öz işlərini vaxtında həll etməyə çalışırlar.
Bu Amerikalı yazıçı Stiv Sieboldun kitabından önəmli sözlərdir. Ağıllı insanlar pulu bir çox yerdən qazana bilər. Elementar bank əməliyyatlarından il ərzində milyonlarla məbləğ qazanılır. Yəni varlı insanların əksəriyyəti öz şəxsi bizneslərindən qazansalarda bir hissəsi də sadəcə bank əməliyyatlarından külli miqdarda pullar əldə edirlər. Buna misal banka yerləşdirilmiş deposit ola bilər , hansi ki bundan ildə min 9-10 % max 16-17% mənfəət əldə etməklə pulunun məbləğini artıra bilirlər.Misal olaraq banka yerləşdirilmiş 500.000 AZN depositə hər ay ortalama 10 %dən 5000 AZN faiz gəlir buda gəlirin sürətlə artması deməkdir.
Digər bir əməliyyat isə FOREX ola bilər ,Forex- Beynəlxalq valyuta dəyişmə bazarıdır. Bu iş dünyanın ən böyük maliyyə bazarlarının əli ilə -böyük banklar, ortaq şirkətlər, spekulyantlar, dövlətlər, başqa maliyyə bazarları və qurumları arasında həyata keçirilir. Dünyada Forex və onunla bağlı bazarlarda gündəlik orta maliyyə dövriyyəsi 4.2 trilyon dollardan artıqdır. Misal olaraq hər hansı bir şəxs dolların kursunun 0.78 olduğu halda gəlir dollar alır və bir həftə sonra dollar kursu 1.05 olur,deməli bu insan 100.000 USD almışdısa bankdan (manat ekvivalenti 78000 AZN) bir həftə sonra dolları gətirib manata çevirdiyi halda 105000 AZN alır və bu zaman 27000 AZN məbləğ mənfəət əldə edir.
Başqa cür qiymətli kağızları düzgün qiymətləndirərək daha ucuz alıb doğru zamanda baha satmaqla,burdan qazandığını investisiya kimi yatırım edib dəyərləndirməklə pul qazana bilərlər.
Belə ki, pul qazanmaq insanın özündən və ağlından asılıdır. Pul insanın azadlığı deməkdir. Xoşbəxtlik pulla alınmaz deyənlər harada alış veriş edəcəklərini bilmirlər.
Məqaləmi Bertold Averbaxın sözləri ilə tamamlamaq istəyirəm: “Çox pul qazanmaq – igidlik,onu saxlamaq – müdriklik, məharətlə xərcləmək isə -incəsənətdir. “
Fəridə Rəsulzadə
Unibank ASC spesialist

